IQNA

Sudan gəncləri sionist rejimlə münasibətlərin əleyhinədir

7:07 - October 23, 2020
Xəbər sayı: 3488427
Sionist İsrail rejimindən bir heyətin Sudana səfər etməsi ABŞ seçkilərindən əvvəl Sudan ilə sionist rejim arasında barışıq müqaviləsi imzalaması ilə bağlı fərziyyələri artırıb.

Sionist İsrail rejimindən bir heyətin Sudana səfər etməsi ABŞ seçkilərindən əvvəl Sudan ilə sionist rejim arasında barışıq müqaviləsi imzalaması ilə bağlı fərziyyələri artırıb.
Ökələrinin sionist rejimlə münasibətlərinin normallaşmasına etiraz edən sudanlı gənclər İsrail rejiminin bayrağını yandırıblar.

Bu dünən (21 oktyabr) Sudanın paytaxtı Xartumdakı nümayişlər zamanı baş verib. Mitinqlər baş nazir Abdullah Hamduk hökumətinə və tərəfdarlarına qarşı sionist rejimlə münasibətlərinnormallaşdırılmasına etiraz edən gənclər tərəfindən təşkil edilib.

Sudan Tibbi Komitəsi bir nümayişçinin şərqi Xartumda polis tərəfindən vurulduğunu və daha 13 nəfərin yaralandığını söyləyib.

Şahidlər Əl-Qüds Əl-Ərəbi qəzetinə Sionist rejimin bayrağının Cənubi Xartumda Əl-Səhafa bölgəsi yaxınlığında yandırıldığını və etirazçıların “Muzdlu hökumət devrilməlidir” şüarları səsləndirdiklərini söyləyiblər.

Sionist rejimin radiosu bu rejimdən rəsmi heyətinin 21 oktyabrda Sudanın paytaxtı Xartuma səfər etdiyini xəbər vermişdi.

Xəbərə əsasən, sionist rejimdən rəsmi nümayəndə heyəti iki tərəf arasındakı münasibətlərin normallaşmasının elanına hazırlaşmaq üçün dünən Sudana gəlib.

Dünən sionist rejimin regional əməkdaşlıq naziri ABŞ prezident seçkilərindən əvvəl başqa bir ərəb ölkəsinin ABŞ karvanına qatılacağını açıqlamışdı.

Bu həftə Sudanın maliyyə naziri Heba Məhəmməd Əli ABŞ-ın sanksiyalarının ləğvi və Sudanın terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarılmasının sionist rejimlə münasibətlərin normallaşması ilə heç bir əlaqəsinin olmadığını iddia etmişdi. / Deyerler.org

captcha