IQNA

“Alulbeyt” rəsmiləri Azərbaycanın Qarsdakı konsulu ilə görüşdülər – Foto

21:43 - October 24, 2020
Xəbər sayı: 3488438
Qars Əhlibeyt Dərnəyinin sədri Mirqasim Ərdəm, idarə heyətinin üzvü Mir Əli İşık və Tuncay Aydın, Azərbaycana Yardım Platforması adından, Azərbaycanın Qarsdakı Baş Konsulu Nuru Quliyevi ziyarət ediblər.

“Alulbeyt”in Qars təmsilçisi və Qars Əhlibeyt Dərnəyinin sədri Mirqasim Ərdəm, idarə heyətinin üzvü Mir Əli Əkmər İşık və Tuncay Aydın, Azərbaycana Yardım Platforması adından, Azərbaycanın Qarsdakı Baş Konsulu Nuru Quliyevi ziyarət ediblər.

Baş konsul Nuri Quliyev tərəfindən isti qarşılanan heyət, Qarabağın Ermənistan tərəfindən işğal edilmiş İslam torpağı olduğunu vurğulayaraq, Ermənistan tərəfindən həyata keçirilən, mülki vətəndaşları hədəf alan terror hücumları şiddətlə qınadıqlarını bildirdilər.

Ermənistan hücumlarında, həm cəbhədə, həm də mülki evlərdə şəhid olan Azərbaycanlılar üçün başsağlığı verən heyət, yaralılara şəfa arzu ediblər.

Hər zaman Azərbaycanlı qardaşlarının yanında olduqlarını bildirən Alulbeyt Qars Təmsilçisi və Qars Əhlibeyt Dərnəyinin sədri Mirqasim Ərdəm, Azərbaycan xalqının hər yöndə problemlərini həll də biləcəyini, fəqət simvolik olsa da Azərbaycana göndərilməsi üçün müxtəlif ehtiyac maddələrindən ibarət bir yük maşından ibarət yardımın hazırlandığını bildirib.

İlk yük maşınının göndərilməsi üçün yaxından dəstək verən Berlin İmam Cəfər Sadiq məscidi, kampaniyaya dəstək verən Den Haag və Köln Əhlibeyt məscidləri, dərnəyin idarə heyəti və üzvlərinə təşəkkür edən Qasim Ərdəm hoca, təşkilatçılığı Alulbeytin İğdir Şöbəsinin təşəbbüsü ilə etdiklərini önə çəkib.

Digər məscidlərin və icmaların iştirakı ilə “Azərbaycana dəstək platforması”nın bu öz hesablarına və əhəmiyyətli dəstəklərini davam etdirəcəklərini bildirən heyət, hazırlanan dəstək yük maşınlarının Azərbaycana necə göndərilə biləcəyi mövzusunda Baş Konsul Nuru Quliyev ilə məsləhətləşmələr aparıblar.

Bu ziyarətə görə, təşəkkür edən Azərbaycanın Baş Konsulu Nuru Quliyev, Ayətullah Sistaninin Azərbaycan xalqına etdiyi dəstəklərinə görə təşəkkür edib.

Türkiyə və Azərbaycanın iki qardaş ölkə olduğunu, bu dostluq və qardaşlığın davam edəcəyini önə çəkən Azərbaycanın Qarsdakı konsulu, Azərbaycanın hər baxımdan güclü olduğunu, fəqət bu önəmli dəstəyin birlik və qardaşlığın bir örnəyi olması baxımından olduqca xüsusiyyət daşıdığını bildirib. /şəfəqna/

 

captcha