IQNA

İsveç parlamentinin önündə Qurana hörmətsizlik etdilər

22:45 - October 24, 2020
Xəbər sayı: 3488439
Tehran (IQNA) – Ötən gün (Cümə, 23 Oktyabr 2020) bir qrup İsveçli radikal və irqçi cavan bu ölkənin prezident apararı və parlament binasının önündəki meydanda toplaşaraq Qurani-Kərimi yandırıblar.

Ötən gün (Cümə, 23 Oktyabr 2020) bir qrup İsveçli radikal və irqçi cavan bu ölkənin prezident apararı və parlament binasının önündəki meydanda toplaşaraq Qurani-Kərimi yandırıblar.

İsveçin paytaxtı Stokholumda dövlət binasının qarşısında törədilən bu cinayət zamanı radikallar Quranı yandıraraq müsəlmanların müqəddəs kitabını təhqir ediblər.

Hadisəni kameraya alan və videosunu sosial şəbəkələrdə paylaşan müsəlman bir xanım meydana toplaşmış insanlardan bu işin qarşısını almalarını istəyir.  

Hadisəni görüntüləyən videoda boynuna İsveçin bayrağını əks etdirən şərif bağlamış bir cavanın dostların təşviqi ilə Qurani-Kərimin bir nüsxəsini yandırması müşahidə olunur. Dövlət binalarının qarşısında dayanan və hadisəni izləyən polislər isə bu məsələyə heç bir reaksiya vermirlər.  /3930905

captcha