IQNA

Naxçıvan məscidinin tikintisi başa çatmaq üzərədir

23:54 - October 24, 2020
Xəbər sayı: 3488440
Tehran (IQNA)  - Naxçıvanın paytaxtı Naxçıvan şəhərində milli mədəniyyətin və mənəvi dəyərlərin qorunması və yayılması hədəfi ilə inşa edilən məscidin tikintisi başa çatmaq üzərədir.

Naxçıvanın paytaxtı Naxçıvan şəhərində milli mədəniyyətin və mənəvi dəyərlərin qorunması və yayılması hədəfi ilə inşa edilən məscidin tikintisi başa çatmaq üzərədir.

İnşasına 2018-ci ildə başlanmış məscidin hazırda daxili dizayn, dekorasiya və bəzək işləri davam edir.

Məscidin iki minarəsi və 15 günbəzi tikilib başa çatıb. Şərq və qədim Naxçıvan memarlıq üslubu ilə tikilən günbəzin hündürlüyü 12 və minarələrin hündürlüyü 40 metrdir.  

Məscid 6400 kvadratmetrdə tikilib və 5000 nəfər namazqılan üçün nəzərdə tutulub. Məsciddə qadın və kişilər üçün ayrı namazxana, kitabxana və bir dini elmlər üçün mədrəsə var. Bundan əlavə məscidin ikinci mərtəbəsində qazilər şurası salonu, idarə otağı, nikah zalı və mərasim zalı nəzərdə tutulub.  /3931034

captcha