IQNA

İran Fransanın İslamı təhqir etməsini pislədi

6:29 - October 25, 2020
Xəbər sayı: 3488443
İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə Fransanın bəzi binalarına asılan İslam Peyğəmbərinin təhqiramiz karikaturasına reaksiya göstərib.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə Fransanın bəzi binalarına asılan İslam Peyğəmbərinin təhqiramiz karikaturasına reaksiya göstərib.  

Bu addımı qətiyyətlə pisləyən Xətibzadə "Şübhəsiz ki, İslam dünyasındakı ifratçı və azğın bir idealogiyadan qaynaqlanan və sahibləri Qərb və ABŞ-a yaxın ortaqlar olan bir neçə ekstremistin qəbuledilməz və zorakı davranış və fəaliyyətləri dünyadakı 1 milyard 8 yüz milyon müsəlman tərəfindən hörmət edilən şəxsiyyətə təhqir və hörmətsizlik üçün heç bir əsas ola bilməz", - deyə bildirib.  

Xətibzadə sözlərinə belə davam edib: “Şübhəsiz Fransa hakimiyyət orqanlarının haqsız münasibəti getdikcə daha çox nifrətə səbəb olur. Bəzi Avropa ölkələrində şiddətlə qınanan az sayda anti-İslam ekstremistləri tərəfindən Quranı təhqir edən bəzi şübhəli və iyrənc fəaliyyətlərin şahidi oluruq".  

Xarici İşlər Nazirliyinin mətbuat katibi Xətibzadə İranın bu kimi hərəkatları qınamaqda İslam ölkələrinin mövqeyini dəstəklədiyini və İslam dəyərlərinə və müsəlman inanclarına qarşı hörmətsizliyi rədd etdiyini bildirib. 3930986

captcha