Banqladeşdə yaşayan onminlərlə müsəlman Fransa dövlətinin anti-İslam siyasətinə qarşı etiraz yürüşləri keçiriblər.
Ötən gün (Çərşənbə Axşamı, 27 Oktyabr 2020) paytaxt Dəkkada keçirilən yürüşdə onminlərlə müsəlman Makronun müsəlmanları təhqir etməsini qınayıblar.
Yürüşdə iştirak edənlər fransa prezidenti emmanuel makronun şəkillərini yandırıb və fransa mallarının baykot edilməsini istəyiblər.
Banqladeşin İslamçı partiyası (IAB) tərəfindən təşkil edilmiş yürüş "Beytul-Mükərrəm" məscidindən Fransa səfirliyi istiqamətində başlayıb və yürüşdə 40 min nəfərdən çox insan iştirak edib.
Fransa səfirliyinə hücum edən müsəlmanların qarşısında Dəkka polisi tikanlı tellərlə maneə yaradıb. /3931573