IQNA

Terrorist və işğalçı Ermənistan yenə də Bərdə şəhərinin dinc əhalisni kaset bomba ilə vurdu - Foto

20:13 - October 28, 2020
Xəbər sayı: 3488483
Ermənilərin Azərbaycanın Bərdə şəhərinə raket hücumu nəticəsində 21 nəfər şəhid olmuş, 70-dən artıq şəxs isə yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəymişdir.

28 oktyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri Azərbaycanın Bərdə şəhərini “Smerç” yaylım atəşli reaktiv sistemdən raket atəşinə tutub və bu hücum mülki əhali arasında ağır itkilərə səbəb olub. Bərdə şəhərinə xaincəsinə edilən raket hücumu nəticəsində uşaqlar da daxil olmaqla, 21 mülki şəxs həlak olub və 70-dən çox insan ağır yaralanıb.

Azərbaycan Xarici İşlər Nazirliyi və Baş Prokurorluğunun yaydığı məlumata görə, 2020-ci il oktyabrın 28-i, saat 13 radələrində erməni düşmənin silahlı birləşmələri tərəfindən Azərbaycanın Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 21 nəfər şəhid olmuş, 70-dən artıq şəxs isə yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.














 

 

captcha