IQNA

Peyğəmbərlər ibadətgahı: Kufə məscidi

10:01 - October 30, 2020
Xəbər sayı: 3488496
Peyğəmbərlər ibadətgahı olan Kufə məscidi Yer üzündə ən qədim məscidlərdən biridir və orada dua və ibadətin böyük savabları vardır.

Kufə məscidinin xüsusi müqəddəsliyi vardır. Hədislərdə deyilir ki, min peyğəmbər vəsisi orada namaz qılmışdır. Hədislərin bəzisində vurğulanır ki, Kufə məscidi “Əl-Əqsa” (Beytul-müqəddəs) məscidindən üstündür.

Şeyx Kuleyni öz ustadlarından, onlar da İmam Sadiqdən (ə) nəql edirlər ki, o həzrət belə buyurub: “Əgər mən də sənin kimi Kufə məscidinin yaxınlığında yaşasaydım, həmişə namazlarımı orada qılardım. Elə bir peyğəmbər yoxdur ki, o məsciddə namaz qılmasın.

Merac gecəsi Allahın Rəsulu (s) icazə alaraq, həmin məsciddə iki rəkət namaz qılmışdır. Məscidin sağ tərəfi behişt bağlarından biridir. Məscidlə onun arxa tərəfi arasında da behişt bağlarından biri yerləşir. Kufə məscidində zikr və duaya məşğul olmadan belə əyləşmək ibadət hesab olunur”. 

captcha