Tehran (IQNA) - Ərəbistanın Məkkə şəhərində maşın sürücüsü idarə etdiyi avtomobili müqəddəs Məscidul-Həramın (Kəbə evi) çöl divarına çırpıb.
Hadisə ötən gecə (Cümə, 30 Oktaybr) baş verib.
Sürücü maşının idarəsini itirərək qarşısındakı maneələri keçib və avtomobili yüksək sürətlə Məscidul-Həramın çöl divardakı qapılarından birinə çırpıb.
Təhlükəsizlik əməkdaşları sürücünü həbs edib və maşını Məscidul-Həramın ərazisindən uzaqlaşdırıblar. /3932202