IQNA

Fələstinlilər Cümə namazından sonra islamofobiyanı pislədilər

11:50 - October 31, 2020
Xəbər sayı: 3488509
Tehran (IQNA) – Ötən gün (Cümə, 30 Oktyabr 2020) Fələstin xalqı Əqsa məscidində Cümə namazı qıldıqdan sonra məscidin həyətində Fransanın başlatdığı islamofobiyaya qarşı aksiya keçiriblər.

Ötən gün (Cümə, 30 Oktyabr 2020) Fələstin xalqı Əqsa məscidində Cümə namazı qıldıqdan sonra məscidin həyətində Fransanın başlatdığı islamofobiyaya qarşı aksiya keçiriblər.

Namazqılanlar Əqsa məscidinin həyətində toplaşaraq İslam və müsəlmanlar əleyhinə Fransada başladılan islamofobiyanı və sevimli İslam peyğəmbərinin (s) təhqir edilməsini məhkum ediblər.

Fələstinlilər Fransa prezidenti Emmanuel Makronun anti-İslam çıxışlarını qınayan şüarlar səsləndiribər.

Minlərlə fəslətinli sionist işğalçıların əleyhinə şüarlar səsləndirərək Fələstinə azadlıq və müstəqillik tələb ediblər.

Əqsa məscidinin xətibi və işğalda olan Qüds şəhərinin Ali İslami Heyətinin rəisi Şeyx Əkrəmə Səbri bu toplantıda deyib: Biz işğalçı sionist rejimi ilə əlaqələrini sadələşdirən, İsra və merac diyarına xəyanət edən dövlətlərə nifrət edirik.  

O vuğrulayıb: Fransa prezidenti müqəddəs İslam peyğəmbərinə (s) təhqir etməyi dəstəkləməklə dünya müsəlmanları ilə aşkar düşmən olduğunu elan etdi və qarşıya çıxacaq hər bir radikal və zorakı davranışın məsuliyyətini o daşıyır.   /3932135

 

 

captcha