IQNA

Müxtəlif İslam ölkələrində keçirilən mövlud bayramı | Foto

21:16 - October 31, 2020
Xəbər sayı: 3488510
Tehran (IQNA)  - Müsəlmanlar hər il Rəbiul-Əvvəl ayının 12-dən 17-dək sevimli İslam peyğəmbəri, Allahın rəsulu Həzrət Məhəmməd Mustafanın (s) mübarək mövludu münasibəti ilə bayram ayinləri keçirirlər.

Müsəlmanlar hər il Rəbiul-Əvvəl ayının 12-dən 17-dək sevimli İslam peyğəmbəri, Allahın rəsulu, peyğəmbərlərin sonuncusu Həzrət Məhəmməd Mustafanın (s) mübarək mövludu münasibəti ilə bayram ayinləri keçirirlər.

Bu il mövlud baryamı xüsusi bir ab-havada keçirilir, hər yerdə Peyğəmbərin (s) müdafiəsi üçün yürüşlər təşkil edilir və bütün dünya müsəlmanların vəhdətinə və peyğəmbərlərini necə sevməsinə şahiddir.

Qeyd edək ki, bu mövlud ərəfəsində başda Fransa və bu ölkənin prezidenti Emmanuel Makron olmaqla İslam düşmənləri müsəlmanlar və İslam əleyhinə çirkin bir oyun başlatdılar. Sevimli İslam peyğəmbərini (s) təhqir karikaturaları yenidən gündəmə gətirdilər və Fransa dövləti bu həyasızlığı dəstəklədi.

Onlar güman etdilər ki, İslam dini və peyğəmbərimizi təhqir etməklə dünyada müsəlmanların imicinə zərər vura biləcəklər. Amma məkirli düşmənin düşündüyü kimi olmadı. Müsəlmanlar vəhdət nümayiş etdirdilər və peyğəmbərlərini sevdiklərini bütün dünyaya göstərdilər. Uduzan yenə də axmaq düşmən oldu. /3932358

İndi isə sizə müsəlmanların dünyanın müxtəlif ölkələrində keçirdikləri möhtəşəm mövlud tədbirlərinin bir guşəsini göstərən fotoları təqdim edirik:

 
 
 

 

captcha