IQNA

Kariye camisində 75 ildən sonra Cümə namazı qılındı

0:07 - November 01, 2020
Xəbər sayı: 3488516
Tehran (IQNA) - Türkiyənin İstanbul şəhərinin yaxınlığında yerləşən qədim kilsənin məscidə çevirilməsindən sonra Kariye adlanan bu məsciddə 75 ildən sonra ilk Cümə namazı qılınıb.

Türkiyənin İstanbul şəhərinin yaxınlığında yerləşən qədim kilsənin məscidə çevirilməsindən sonra Kariye adlanan bu məsciddə keçən Cümə günü (30 Oktyabr 2002) 75 ildən sonra ilk Cümə namazı qılınıb.

Türkiyənin Dini İşlər Təşkilatının sədri Əli Ərbaş Kariye məscidinin açılışı ilə müsəlmanlar arasında daha çox birliyin yaranacağına ümidvar olduğunu bildirib. 

Kariye məscidində ilk cümə namazının qılınması Türkiyə prezidentinin 21 avqust tarixli sərəncamına əsasən və bu məkanın muzeydən məscidə çevrilməsi fonunda həyata keçirilib.

2019-cu ilin noyabr ayında Türkiyənin Ali İnzibati Məhkəməsi Kariye məscidinin muzeyə çevrilməsinə dair 1945-ci ildə bu ölkənin Nazirlər Kabineti tərəfindən verilən qərarı ləğv edib.

Qeyd edək ki, Kariye məscidi qədimə "Aziz Qurtarıcı Hora Kilsəsi" adlanırdı. 1511-ci ildə məscidə çevirilmiş və 1948-ci ildə isə muzey kimi istifadəyə verilmişdi. 2019-cu ildə muzey statusu ləğv edilmiş və məscidə çevirilməsi barədə göstəriş verilmişdi.

Bundan əvvəl də Ayasofya məscidinin statusu muzeydən məscidə dəyişdirilib və təxminən üç ay əvvəl 86 ildən sonra bu məkanda ilk cümə namazı qılınıb.

Teqlər: kariye cami ، muzey ، kilsə
captcha