IQNA

Şeyx Əli əl-Bərraq – Tunisin milli Azan və tilavət simvolu |Video-Foto

9:54 - November 23, 2020
Xəbər sayı: 3488687
Tehran (IQNA)  - Tunisin qədim illərinin məşhur qarisi Şeyx Əli əl-Bərraq gözünün görməməsinə rəğmən bu ölkənin Quran tilavəti məclislərində aktiv fəaliyyəti ilə tanınıb.

Tunisin qədim illərinin məşhur qarisi Şeyx Əli əl-Bərraq gözünün görməməsinə rəğmən bu ölkənin Quran tilavəti məclislərində aktiv fəaliyyəti ilə tanınıb.

O, 1899-cu (və ya 1891) ildə May ayının 10-da Tunisin Qeyrəvan şəhərində anadan olub, 1981-ci ilin Dekabr ayının 4-də, 82 yaşında ikən vəfat edib.

Şeyx Əli Bərraq Quranın qiraəti, tərtil və təcvidi sahəsində bacarığı və Quranı "yeddi qiraət" əsasında tilavət etməyi ilə Tunisin Qeyrəvan şəhərinin orijinal Ərəb mədəniyyətinin sütunlarından biri hesab edilir.

Şeyx Əli Bərraq Tunisin Həlfavin regionunun "Sahibt-Tabe Came Məscidi"nin qari və müəzzini olub.

شیخ «علی البراق»؛ نماد تلاوت و اذان تونسی + فیلم

O, 1938-ci ildən bu regionun Quran radiosunda tilavət etməyə başlayıb.

Onun "Qalunun Nafedən rəvayəti əsasında qirəti" tilavətləri Tunis radiosunda səslənib.

Şeyx Əli Bərraqın gözləri uşaqlıq çağından görmürdü. Buna baxmayaraq o, bağçada və Quran məktəbxanalarında Quranı hifz etdi və Qurani-Kərimi "yeddi qiraət" əsasında mənimsədi.

Tunisin bu qəlbinur qarisi iki dəfə 1950-ci və 1963-cü ildə Həcc səfərində gedib.

Bu səfərdə Allah evinin qonaqları üçün Quran ayələri tilavət edib.

Onun tilavətləri hacılar tərəfindən alqışla qarşılanıb və hamını təəccübləndirib.

Misrin görkəmli ədəbiyyatçısı və yazarı Taha Hüseyn onun barəsində deyib: Şeyx Əli Bərraqın səsi bizi Ərəb mədəniyyətinin ilk çağlarına və Quranın nazil olduğu ilk günlərə aparır və bizə o dövrü andırır.

Şeyx Əli Bərraqın azan, ibtihal və tilavətləri Tunisin televiziya və radiosu üçün yazılıb və indi də onun səsi bu ölkənin milli televiziya və radiosundan eşidilir. /3936595

kod
 
شیخ «علی البراق»؛ نماد تلاوت و اذان تونسی + فیلم
 
شیخ «علی البراق»؛ نماد تلاوت و اذان تونسی + فیلم و عکس
 
شیخ «علی البراق»؛ نماد تلاوت و اذان تونسی + فیلم و عکس
captcha