IQNA

İngiltərədə "Bizim məscidimiz, bizim gələcəyimiz" vebinarı keçiriləcək

23:55 - November 23, 2020
Xəbər sayı: 3488698
Tehran (IQNA) – İngiltərə müsəlmanları özlərinin üçüncü illik toplantılarında məscidin cəmiyyətdə rolu mövzusunda "Bizim məscidimiz, bizim gələcəyimiz" adlı virtual seminar keçirəcək.

İngiltərə müsəlmanları özlərinin üçüncü illik toplantılarında məscidin cəmiyyətdə rolu mövzusunda "Bizim məscidimiz, bizim gələcəyimiz" adlı virtual seminar keçirəcək.

İngiltərə Müsəlmanlar Şurasının (MCB) təşkil etdiyi vebinarda müsəlman alim və mütəfəkkirlər, həmçinin məscidlərin idarə heyətlərinin rəhbərləri iştirak edəcəklər.

Məscidlərin fəaliyyəti, cəmiyyətdə təsirini araşdırmaq və təcrübələrin təbadülü hədəfi ilə keçirilən bu seminar 2018-ci ildən fəaliyyətə başlayıb. Ötən illərdə "ibadət məkandan daha çox bir şey", "insanlar, binalar deyil" və "bizim cavanlarımız, bizim gələcəyimiz" adında seminarlar təşkil edilib.

Bu seminarlarda indiyədək mindən çox İslami fəal və məscid məsulları iştirak edib.

Seminarda məscidlərin virtual və onlayn xidmətləri, böhran zamanı idarəetmə metodları və pandemiya dövründə ruh yüksəkliyinin qorunması kimi mövzular müzakirə ediləcək.

Bu seminar Noyabr ayının 27-29-da "Beyonc COVİD" (koronavirusdan sonra) adı ilə keçiriləcək. Toplantının əsas hədəfi müsəlmanların işlərinin həllində həmkarlıq, vəhdət və həmrəyliyi genişləndirmək və gücləndirməkdir. /3937005

 

captcha