IQNA

Şeyx Hüsərinin Quran təliminin yayılması barədə vəsiyyəti

23:27 - November 24, 2020
Xəbər sayı: 3488705
Tehran (IQNA)  - Misrin Quran radiosu mərhum Şeyx Məhmud Xəlil Hüsərinin vəfatının ildönümündə onun vəsiyyətnaməsinin bir hissəsini "facebook" sosial şəbəkəsində paylaşıb.

Misrin Quran radiosu mərhum Şeyx Məhmud Xəlil Hüsərinin vəfatının ildönümündə onun vəsiyyətnaməsinin bir hissəsini "facebook" sosial şəbəkəsində paylaşıb.

Şeyx Məhmud Hüsəri vəsiyyətnaməsində yazıb ki, onun mirasının üçdə biri Qurani-Kərimə xidmət, Quran təliminin və hifzinin yayılmasına, digər bir hissəsi isə xeyriyyə işlərinə sərf olunsun.

Şeyx Hüsərinin həyatı ilə qısa tanışlıq

Şeyx Məhmud Xəlil Hüsəri 1917-ci ilin Dekabr ayının 17-də Misrin Tənta əyalətinin "Şubra ən-Nəmlə" kəndində anadan olub. 1980-cı ilin Noyabr ayının 24-də 63 yaşında ikən və 55 il Qurana xidmət edən bərəkətli bir ömür sürdükdən sonra vəfat edib.

وصیت شیخ محمود خلیل الحصری برای ترویج آموزش قرآن کریم

Şeyx Məhmud Xəlil Hüsəri İslam dünyasında tərtil ilə Quran tilavətinin səsi yazılan, televiziya və radioda yayımlanan ilk qaridir.  

O, ömrünün son illərində öz ana yurdunda Quran hifzi dərsləri üçün bir mədrəsə və bir məscid tikdirmişdi.

وصیت شیخ محمود خلیل الحصری برای ترویج آموزش قرآن کریم

Şeyx Hüsəri 1944-cü ildə Misrin Quran radiosunda Quran tilavət etmək üçün imtahan verən 200 nəfərin arasında birinci olmuşdu. 1948-ci ildə isə Tənta şəhərinin Şeyxul-Qürrası adına layiq görülmüşdü. Həmin ildə şəhərin Həzrət Həmzə məscidinin müəzzini təyin edilmişdi.

Şeyx Hüsəri 1968-ci ildə İslam Dünyası Qariləri Birliyinin rəisi seçilmişdi. /3937218

captcha