IQNA

Ermənilər Şahbulaq qalasına da xaç işarəsi vurublar

9:22 - November 25, 2020
Xəbər sayı: 3488713
Azərbaycan respublikasının Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov Şahbulaq qalası barədə paylaşım edib.

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov Şahbulaq qalası barədə paylaşım edib. 

O, bu barədə “Twitter” hesabında yazıb.

“Bu, 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli Xan tərəfindən inşa edilən, bu yaxınlarda azad edilmiş Ağdamda yerləşən Şahbulaq qalasıdır.

Şahbulaq ən yaxşı memarlıq müdafiə nümunəsi  kimi tanınıb. Erməni işğalı zamanı dəyişikliyə məruz qalıb, divara xaç işarəsi quraşdırıldı”, - deyə A.Kərimov qeyd edib.

Ermənilər Şahbulaq qalasına da xaç işarəsi vurublar - Foto

 

captcha