IQNA

İmam Hüseyn (ə) hərəmində əlyazma nüsxələr bərpa edilir – Foto

10:59 - November 28, 2020
Xəbər sayı: 3488733
Tehran (IQNA) - İmam Hüseyn (ə) hərəminin nəzdində fəaliyyət göstərən Əlyazma Nüsxələrin Bərpası Mərkəzi müsəlmanların dini və mədəni irsi olan əlyazma nüsxələrin qorunması və bərpası ilə məşğul olur.

İraqın Kərbəla şəhərində Həzrət İmam Hüseyn (ə) hərəminin nəzdində fəaliyyət göstərən Əlyazma Nüsxələrin Bərpası Mərkəzi uyğun sahə üzrə mütəxxəsislərin nəzarəti ilə elmi qaydalar və beynəlxalq universitetlərdəki əlyazma nüsxələrin qorunması üçün hazırlanmış plana uyğun olaraq qədimi əlyazma nüsxələrin qorunması və bərpası ilə məşğul olur.

Bu mərkəz İslamın elmi və mədəni irsi mövzusunda araşdırma və tədqiqat aparmağa maraqlı olan alim, ustad və tələbələr üçün hər bir şərait yaratmış və heç bir köməyini əsirgəməmişdir. Qədim əlyazma nüsxələri tədqiqatçılara təqdim edərək onlara hər cür dəstək göstərmişdir. Həmçinin tələbələrin uyğun sahədə tədqiqatla məşğul olması üçün bioloji laboratoriya hazırlamışdır.

Mərkəzi fəaliyyətə başladığı 2005-ci ildən indiyədək İslam dünyasının müxtəlif yerlərindən buraya gətirilən 5500-dən çox İslami əlyazma nüsxəni bərpa etmiş və məhv olmaqdan qorumuşdur.

Mərkəzin texnoloji təchizatı beynəlxaql standartlara uyğundur və görülən işlər kimyəvi elementlərlə kontrol olunur. /3937660

captcha