IQNA

Beyrutda Yəhudilərin ən qədim ibadətgahı təmir və bərpa edilir

22:39 - November 28, 2020
Xəbər sayı: 3488735
Tehran (IQNA) - Livanın paytaxtı Beyrut şəhərində yerləşən ən qədim yəhudi ibadətgahı (senaqoq) təmir və bərpa edilir.

Livanın paytaxtı Beyrut şəhərində yerləşən ən qədim yəhudi ibadətgahı (senaqoq) təmir və bərpa edilir.

Yəhudilərin qədim ibadətgahlarından olan bu məbəd bir neçə müddət öncə Beyrut şəhərinin dəniz limanında baş verən patlayış nəticəsində zərər çəkmişdi.

Beyrutun dəniz limanında baş verən dəhşətli partlayış zamanı şəhərin bir çox dini, tarixi və mədəni abidə və mərkəzləri ciddi xəsarət almışdı.

Livanın Mədəniyyət Nazirliyi bu barədə iclas və konfrasnlar keçirərək xarici ölkələrdən tarixi və mədəni məkanların təmir və bərpa edilməsi üçün kömək istəmişdi.

Bu iclas və konfranslardan sonra xarici təşkilatlar təkcə tamamilə çökmək üzərə olan tarixi və mədəni tikililərə məhdud kömək etmək barədə qərar veriblər və büdcə təşkil ediblər.

Hazırda isə partlayış zamanı zərər görmüş binalarda təkcə təmizləmə işləri görülmüş və təmir üçün heç bir ciddi addım atılmamışdır.

Livan Mədəniyyət Nazirliyi tərəfindən yəhudilərin ən qədim ibadət ocaqlarından biri olan və Beyrutun mərkəzində yerləşən "Megin Abraham" məbədi qısa bir müddətdə sürətlə təmir və bərpa edilib və qapıları ziyarətçilərinin üzünə açılıb. Halbuki digər oxşar binalar hələ də təmir və bərpa işlərinin intizarıdadır.

Qeyd edək ki, yəhudilərin bu ibadətgahı Amerikanın Beyrutdakı səfirliyinin nəzarəti ilə təmir edilib və yəhudi xaxam Dursi Şaya bu işə birbaşa rəhbərlik etmişdir. https://iqna.ir/fa/news/3937819  

Teqlər: beyrut ، yəhudi məbədi ، xaxam ، senaqoq
captcha