Tehran (IQNA) - Uqandanın onlarla tanınmış siyasi və ictimai şəxsiyyəti və müxtəlif təşkilatlarının rəisləri və üzvləri, o cümlədən Quran və İtrət İslam Təşkilatı İranın nüvə fizikası alimi şəhid Fəxrizadənin terror edilməsini məhkum edən ismarıclar veriblər.
Uqandanın onlarla tanınmış siyasi və ictimai şəxsiyyəti və müxtəlif təşkilatlarının rəisləri və üzvləri, o cümlədən Quran və İtrət İslam Təşkilatı İran İslam Respublikasının bu ölkədəki Mədəniyyət Əlaqələri Təşkilatına ismarıc göndərmək və telefon vurmaqla Şəhid Möhsün Fəxrizadənin terror edilməsi ilə bağlı İran xalqına başsağlı deyiblər və terroru məhkum ediblər.
Onlar bildiriblər ki, bu cinayətkar addım insanlığa, İslama və elmə düşmənçilikdir.
Qeyd edək ki, sözü gedən təşkilatlar özlərinin rəsmi internet səhifələri və sosial şəbəkə hesablarında da bu terror hadisəsini məhkum ediblər, Ali Məqamlı Rəhbərin və digər İran rəsmilərinin çıxışlarını paylaşıblar. /3938215