IQNA

Ermənilərin tövləyə çevirdikləri daha bir qədim məscid

17:29 - December 01, 2020
Xəbər sayı: 3488757
Azərbaycanın Mədəniyyət nazirinin birinci müavini Anar Kərimov ermənilərin işğal illərində daha bir Azərbaycan məscidinə qarşı islamofobiya zəminində etdiyi hörmətsizliklə bağlı məlumat verib.

Tehran (IQNA) - Azərbaycan respublikasının Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov ermənilərin işğal illərində daha bir Azərbaycan məscidinə qarşı islamofobiya zəminində etdiyi hörmətsizliklə bağlı məlumat verib.

O, bu barədə “Twitter” sosial şəbəkə hesabında paylaşım edib.

“Erməni işğalı nəticəsində Füzuli rayonunun Qoçəhmədli kəndindəki XVIII əsrə aid məscid məhv edilib və həmişəki kimi, heyvanlar üçün istifadə edilib. Ümid edirəm ki, beynəlxalq təşkilatlar bütün bu alçaldılmış yerləri görməyə gələcəklər”.

Image

Image

Image

Image

 

captcha