IQNA

Həzrət Abbasın (ə) hərəmi yeni Quran aplikasiyası təqdim edib - ENDİR

23:37 - December 02, 2020
Xəbər sayı: 3488771
Tehran (IQNA) - Həzrət Əbulfəzl Abbasın (ə) hərəminin Xanımların Dini İrşadı Mərkəzinin Quran Fəaliyyətləri Şöbəsi "İqrə və İrqə" (Oxu və Yüksəl) adlı yeni dizaynlı mobil Quran tətbiqini təqdim edib.

Kərbəlada Həzrət Əbulfəzl Abbasın (ə) hərəminin Xanımların Dini İrşadı Mərkəzinin Quran Fəaliyyətləri Şöbəsi "İqrə və İrqə" (Oxu və Yüksəl) adlı yeni dizaynlı mobil Quran tətbiqini təqdim edib.

"İqrə və İrqə" (Oxu və Yüksəl) adlı yeni dizaynlı mobil Quran tətbiqi bir çox təfsirləri və Quranın səhih qiraət edilməsi qaydalarını ehtiva edir.

İstifadəçilər üçün çox rahat və asan menuya malik bu tətbiqdə Quranın xətmi, qiraətinin doğruluğunu yoxlamaq və ayələrin təfsiri və həmçinin ayələrdən istifadə edilən fihqi və tərbiyəvi məlumatlar ilə tanış olmaq imkanları var.

Bu aplikasiya istifadəçi ilə Qurani-Kərim arasında nüsüyyəti gücləndirir, İlahi ayələrdə düşünməyə, istənilən zaman Quran tilavətinə qulaq asmağa imkan yaradır və bu imkanlar hər zaman istifadəçinin əlçatımındadır.

Bundan əlavə istifadəçilər bu mobil proqram vasitəsi ilə istədikləri zaman müqəddəs ziyarətgahları onlayn ziyarət edə bilərlər.

Bu aplikasiyanı qarşıdakı linklərdən endirə bilərsiniz:   IOS  | Android

/3938481

captcha