IQNA

Nyu Cersidə yeni məscid tikiləcək

23:51 - December 02, 2020
Xəbər sayı: 3488772
Tehran (IQNA) -  Amerikanın Nyu Cersi əyalətinin Cersi Siti şəhərində İslami qeyri-kommersiya təşkilatı olan "Nyu Cersi Müsəlmanlar Federasiyası"nın təşəbbüsü ilə yeni bir məscid tikiləcək.

Amerikanın Nyu Cersi əyalətinin Cersi Siti şəhərində İslami qeyri-kommersiya təşkilatı olan "Nyu Cersi Müsəlmanlar Federasiyası"nın təşəbbüsü ilə yeni bir məscid tikiləcək.

"Nyu Cersi Müsəlmanlar Federasiyası" bu yeni məscidin tikintisinə başlayıb.

Şəhərin mərkəzində tikilən məscidin iki mərtəbəsi, bir günbəzi və bir minarəsi olacaq.

Məscid tikilən ərazidə "Nyu Cersi Müsəlmanlar Federasiyası"na aid olan torpaqlarda mağaza və maşınlar üçün parkinglər də tikiləcək.  

"Nyu Cersi Müsəlmanlar Federasiyası"nın rəisi Ərşəd Çata (Arshad Chatha) bu barədə deyib:

"Bu əyalətdə müsəlmanların cəmiyyəti inkişaf edir. Bu layihə də müsəlmanların yaşadıqları cəmiyyətdə inkişaflarının göstəricisidir.    

Buna görə də ibadət mərasimləri üçün daha böyük bir məkana ehtiyacımız var idi. Məzhəbi məkan olduğu üçün gözəl və layiqli görüntüyə də malik olmalıdır.

Bu şəhərdə 1980-cı illərdə ilk fəaliyyətə başladığımız zamanla müqayisədə hazırda cəmiyyətimizin sayı 3 dəfə çoxalıb. O zamanlar müsəlmanlar gündəlik namazlarını bir-birinin evində qılardılar."  /3938491

captcha