IQNA

Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verib

0:00 - December 03, 2020
Xəbər sayı: 3488774
Dekabrın 2-də Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev İran İslam Respublikasının Azərbaycandakı səfirliyini ziyarət edib.

Dekabrın 2-də Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev İran İslam Respublikasının Azərbaycandakı səfirliyini ziyarət edib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, müdafiə nazirinin müavini İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin Araşdırma və İnnovasiya təşkilatının rəhbəri Möhsin Fəxrizadənin qətlə yetirilməsi ilə əlaqədar səfirlikdə açılmış başsağlığı kitabını imzalayıb.

O, Azərbaycan Müdafiə Nazirliyi adından İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Hüseyn Baqeriyə, müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Əmir Hatəmiyə başsağlığı ünvanlayıb.

captcha