"İnna lillah və inna ileyhi raciun"
İran İslam Respublikasının Müqəddəs Qum Ali Dini Elmi Hövzəsinin ustadlarından olan Əllamə Ayətullah Məhəmməd Cəfər əl-Hadi ötən gün (Cümə Axşamı, 3 Dekabr 2020), 74 yaşında ikən vəfat edib.
Mərhum Ayətullah Cəfər əl-Hadi müxtəlif İslam elmləri o cümlədən fiqh, hədis, əqaid və kəlam elmləri üzrə mütəxəssis və bu mövzularda yazılmış bir çox dəyərli kitabların müəllifi idi.
Mərhum Ayətullah Cəfər əl-Hadi bu gün (Cümə, 4 Dekabr 2020) müqəddəs Qum şəhərində Həzrət Məsumənin (s) hərəmində dəfn olunub.
Mərhumun cənazə namazını şiə mərcəyi təqlidlərindən Ayətullah Nuri Həmədani qılıb.
Allah rəhmət eləsin.