IQNA

Fransada tətil edilmiş İslam təşkilatı Amerikaya köçürüləcək

7:03 - December 06, 2020
Xəbər sayı: 3488794
Tehran (IQNA) -  Amerika İslami Əlaqələr Şurası elan edib ki, Vaşinqtondakı idarə və imkanlarının bir qismini "İslamofobiya və İrqçilik Əleyhinə İslam Təşkilatı"nın ixtiyarında qoyacaq.

Fransa dövləti tərəfindən fəaliyyəti dayandırılan anti-İslamofobiya İslam təşkilatı (CCIF) Vaşinqtona köçürülə bilər.

Amerikanın İslami Əlaqələr Şurası (CAIR) Fransa dövləti tərəfindən ekstrimizmdə təqsirli bilinərək fəaliyyəti dayandırılan "İslamofobiya və İrqçilik Əleyhinə İslam Təşkilatı"na (Collective Against Islamophobia in France) ofisinin Vaşinqtona köçürülməsini təklifi ilə çıxış edib.

Amerika İslami Əlaqələr Şurası elan edib ki, Vaşinqtondakı idarə və imkanlarının bir qismini "İslamofobiya və İrqçilik Əleyhinə İslam Təşkilatı"nın ixtiyarında qoyacaq.

Qeyd edək ki, Fransa dövləti son aylardakı islamofobiya siyasəti yönündə irqçilik və islamofobiyadan zərərçəkənlərə mənəvi kömək edən "İslamofobiya və İrqçilik Əleyhinə İslam Təşkilatı"nı radikal qruplaşmaları dəstəkləməkdə ittiham edərək bu təşkilatın fəaliyyətinə qadağa qoyub.

Fransa dövləti son üç ayda müsəlmanlar əleyhinə bir sıra addımlar ataraq bu ölkədə müsəlmanların 80 məscidinin fəaliyyətinə maneə yaradıb.

Fransa daxil işlər naziri məktəblərdə İslam müqəddəslərinin təhqir edən karikaturaların göstərilməsini narazılıq edən ailələrə də xəbərdarlıq edib ki, ölkədən qovula bilərlər.  

/3939055

Teqlər: fransa ، islamofobiya ، caİr ، CCIF
captcha