IQNA

Ali Məqamlı Rəhbərin 4 nümayəndəsi Ərdoğanın Bakı çıxışına dair bəyanat yaydı

10:15 - December 12, 2020
Xəbər sayı: 3488830
Ali Məqamlı Rəhbərin İranın 4 vilayətlərindəki nümayəndələri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıdakı çıxışına dair birgə bəyanat yayıblar.

Ali Məqamlı Rəhbərin 4 nümayəndəsi Ərdoğanın Bakı çıxışına dair bəyanat yaydıAli Məqamlı Rəhbərin Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəncan və Ərdəbil vilayətlərindəki nümayəndələri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıdakı çıxışına dair birgə bəyanat yayıblar. Bəyanatın tam mətnini təqdim edirik:

Bismillahir-Rəhmanir-Rəhim!

"Hakim və şahid kimi (və ya fətva vermək məqsədi ilə) danışanda, hətta qohum(larınız barəsində) olsa belə, ədalətli olun. Və (şəriətin əsas və qollarını qəbul etməkdə) Allahın əhd-peymanına kamil surətdə vəfa edin. Bəlkə öyüd götürəsiniz deyə, Allahın sizə tapşırıqları bunlardır." (Ənam surəsi, ayə 152)

İslam ümmətinin sənaye, iqtisadi, texnoloji və sair sahələrdə hər cür həddindən artıq geriliyə görə qisasçı və kinli düşmənlər tərəfindən mühasirəyə alındığı bir gündə İslam ölkələri və millətləri arasında hər hansı bir gərginlik, ixtilaf, bədbinlik və nifrət yaratmaq bağışlanmaz bir günahdır.

Bu gün bütün İslam ölkələrində İslam ümmətinin üzvlərinin və xüsusən məmurların dini borcudur ki, bölücü davranışlardan, danışıqlardan və ümmətin parçalanmasına səbəb olan hər şeydən çəkinsin.

Hamımız bilirik ki, Qərbi Asiyanın strateji bölgəsi hər zaman İslam düşmənlərinin tamah saldığı və müsəlmanların izzət yeri olmuşdur. İndi də zalımların və sionizmin dəyişməz strategiyası budur. Bir az zəka kifayətdir ki, düşmənin məkrli planlarını dərindən başa düşməklə Qərbi Asiya ölkələrinin rəsmiləri və rəhbərləri tərəfindən verilən hər hansı bir fikir tədbir və yetkinliklə müşayiət olunsun.

Təəssüf ki, Azərbaycanın Dağlıq Qarabağda qazandığı qələbə üçün keçirilən parad zamanı ölkəmizin torpaqlarının suverenliyi və birliyini hədəf alan şeirlər və nitqlər səsləndirildi. Səsləndirənin fikrinə əsasən, bu şeirləri vətənlərindən ayrı olan iranlılar bəstələyiblər. 200 ildir ki, Sovet hökuməti tərəfindən ana vətənlərindən, Baba Toprağı və tarixi vətənlərindən ayrılan 17 Qafqaz vilayətində yaşayan iranlılar həsrət şeirləri oxuyur və həsrət şeirləri ilə yaşayırlar. Yaxşı olar ki, sevgili ölkəmiz İran tarixinin tədqiqatçıları həsrət şeirlərini toplayaraq Türkiyə prezidentinə göndərsinlər ki, söhbətinin mətnini hazırlayanların ona nə qədər böyük xəyanət etdiklərini və onu böyük bir rüsvayçı hala saldıqlarını anlasın. Həsrət şeirlərindən də üstün Gülüstan müqaviləsinin imzalanmasından sonra Qarabağın Gülüstan bölgəsindəki ana vətənlərindən ayrılan iranlıların böyük mərcə-təqlidlərə yazdıqları ürək ağrıdan məktubları var ki, zülmdən və namuslarına işğalçılar tərəfindən edilən təcavüzdən nalə edir və Müctəhidlərdən kömək istəyirdilər.

Bəşər həyatı tarixində bir çox həsrət şeirləri yazılıb. Ancaq iki növ həsrət şeiri bütün həsrət şeirlərindən ən gözə çarpan və ürəkağrıdıcıdır. Birincisi, Gülüstan və Türkmənçay müqavilələri əsasında Sovet hökuməti tərəfindən ana vətənindən və tarixindən ayrılan iranlıların həsrət şeirləridir. İkincisi, Şah İsmayıl Xətainin ayrılmasında qoşulmuş 25 milyon Anadolu ələvisinin həsrət şeirləridir. Təəccüblüdür ki, Şah İsmayılın ölümündən təxminən 450 il keçməsinə baxmayaraq, hələ də Türkiyənin Cem evlərində həsrət şeirləri oxunur.

19 yanvar hadisələri Sovet hökumətinin dağılması və azərilərin öz yurdlarına axın etməsi ərəfəsində dünya azərbaycanlılarının çox dayanıqlı, köklü, nəcib və qeyrətli bir simasını göstərdi. Beləliklə, məlum oldu ki, vətənə sevgi və məhəbbət alovları hələ də ürəklərində yanır. Onlar bu addımları ilə sübut etdilər ki, nə unudulursa unudulsun, ana və Əhli-beyt (ə) mənsubiyyəti unudulmur.

Nəhayət, ritorika sənəti və siyasət prinsipləri tələb edir ki, natiq elmi, siyasi və ictimai çəkisinin azalmaması üçün diqqətlə araşdırdıqdan sonra fikirlərini ifadə etsin.

Ən kiçik tədqiqatçı da bilir ki, həmin şeirləri söyləyən şəxsin məqsədinin həyata keçməsi mümkün deyildir. Cənab Heydər Əliyevi yaxşılıqla yad edirik ki, ondan birləşmək barədə soruşulduqda dedi: "Bu fikri qaldıranlar dəli olmalıdır!" Çünki əl bədənə birləşməlidir, əksinə deyil!

Hər kəs bilməlidir ki, qonşularla və bütün müsəlman xalqlarla yaxşı qonşuluq və əməkdaşlıq İslam İnqilabının aparıcı prinsiplərindən biridir. Bu məsələ hər zaman Ali Rəhbər tərəfindən vurğulanmışdır. Buna görə də İran, Azərbaycan və Türkiyə başda olmaqla bütün müsəlmanları bölgənin həssas vəziyyətində çox ayıq olmağa və düşmənin kompleks bölücü (separat, - red.) planlarının alətinə çevrilməməyə çağırırıq.

Son sözümüz budur ki, aləmlərin Rəbbi olan Allaha həmd olsun!"

Seyyid Məhəmməd Əli Ali-Haşim (Ali Liderin Şərqi Azərbaycandakı (Təbriz, - red) nümayəndəsi)

Seyyid Mehdi Qureyşi (Ali Liderin Qərbi Azərbaycandakı (Urmiyə, - red.) nümayəndəsi)

Əli Xatəmi (Ali Liderin Zəncan vilayətindəki nümayəndəsi)

Seyyid Həsən Amuli (Ali Liderin Ərdəbil vilayətindəki nümayəndəsi).

22 Azər 1399-cu il (hicri-şəmsi təqvimilə)

26 Rəbiyyus-sani 1442-ci il (hicri-qəməri təqvimilə)

12 Dekabr 2020-ci il (miladi təqvimilə).

Giperssilka

 

Teqlər: türkiyə ، Ərdoğan ، iran ، azərbaycan
captcha