IQNA

"Müsəlmanların sionist düşmənlə barışması haramdır"

22:26 - December 13, 2020
Xəbər sayı: 3488843
Tehran (IQNA) - Ərəb Məğribi Birliyinin Müsəlman Alimlər İttihadiyyəsi Fələstin torpaqlarını, Qüds və Əqsa məscidini işğal edən sionist düşmənlə hər cür sazişə girməyi haram elan edib.

Ərəb Məğribi Birliyinin Müsəlman Alimlər İttihadiyyəsi Fələstin torpaqlarını, Qüds və Əqsa məscidini işğal edən sionist düşmənlə hər cür sazişə girməyi haram elan edib.

Sionist İsrail rejimini İslam ümmətinin düşməni elan edən "Ərəb Məğribi Müsəlman Alimlər Birliyi" cari həftənin Cümə günü, 11 Dekabr 2020, bəyaniyyə yayaraq Mərakeşdən tələb edib ki, sionist rejimi ilə əlaqələrinin adiləşdirilməsi barədə tutduğu mövqeyə yenidən nəzər salsın.

"Ərəb Məğribi Müsəlman Alimlər Birliyi" bəyaniyyəsində deyilir:

"Mərakeşin sionist İsrail rejimi ilə əlaqələrini adiləşdirməsi, bu rejim ilə geniş diplomatik və iqtisadi əlaqələr qurmağa çalışması xəbərini eşidib təəssüf etdik.

Bu addım Mərakeş kimi müsəlman bir dövlətə ki, İƏT-də Qüds komitəsinə rəislik edir və Fələstinin müdafiəsində təsirli rola malikdir, yaraşmadı.

Onlar illər boyunca İslam ümmətinin əsas problemi olan Fələstin məsələsini müdafiə etməkdə öz məsuliyyətini yerinə yetirmiş bir ölkəyə belə bir addım atmaq qara ləkə olacaqdır.

Mərakeşin sionist İsrail rejimi ilə saziş edənlər sırasından çıxmağını və məzlum Fələstinli qardaşlarının hüquqlarının müdafiəsində qalmasını tələb edirik".  

"Ərəb Məğribi Müsəlman Alimlər Birliyi" sionist və işğalçı İsrail rejimi ilə hər bir sazişin haram olduğunu vurğulayaraq bildirib: Bu hökm barədə bütün müsəlman qrumlar və təşkilatlar müttəfiqdirlər və bu ittifaqa müxalif olan hər bir addım qəbuledilməzdir.

"Ərəb Məğribi Müsəlman Alimlər Birliyi" əlavə edib: Fələstin bütün müsəlmanların məsələsidir. Bütün İslami ölkələr Fələstinin işğalçılardan azad edilməsi üçün çalışmalıdır. İslamın müqəddəs torpaqlarını işğal sionist rejimi İslam ümmətinin düşmənidir.

Və heç bir müsəlman ölkəsinin haqqı yoxdur ki, sionist rejimini işğal etdiyi ərazilərdə nəyinsə sahibi hesab etsinlər.

Hakimiyyətlər Fələstin məsələsində öz müsəlman vətəndaşları ilə həmrəy olmalıdırlar. /3940504

  

 

captcha