IQNA

Rusiyada Quran və namaz öyrədən gəlincik istehsal edildi - Foto

22:50 - December 14, 2020
Xəbər sayı: 3488852
Tehran (IQNA) -  Rusiya Federasiyasının Dağıstan respublikasının paytaxtı Maxaçqala şəhərində Quran oxuyan və gündəlik beş vaxt vacib namazları uşaqlara öyrədə bilən gəlincik istehsal edilib.

Rusiya Federasiyasının Dağıstan respublikasının paytaxtı Maxaçqala şəhərində Quran oxuyan və namaz öyrədən gəlincik istehsal edilib.

"Muslima" (müsəlman xanım) adlanan bu gəlincik Qurani-Kərimdən bəzi surələri, Allahın "Əsmaul-Hüsna" adlanan 99 gözəl adını və namazın sözlərini danışa bilir.

Dağıstanlı dizayner Məryəm Şaripovanın hazırladığı və istehsal etdiyi bu gəlincik müsəlmanların gündəlik qıldığı beş vaxt namazı uşaqlara öyrətməyə qadirdir.

Bundan əlavə gəlincik öz sahibinin adını da çağıra bilir.

Gəlinciyin istehsalçısı və dizayneri deyib: Hazırda bu gəlincikdən hər ay 100-150 ədəd istehsal edə bilirik. Çalışacayıq aylıq istehsalı 500-ə çatdıraq. Bundan sonra isə gəlinciyi Türkiyə və Orta Şərqin ticarət mərkəzlərində və daha sonra isə Avropa ölkələri, Avstraliya və Amerikada da satışa çıxaracayıq.

Rusiyanın regional ixracata dəstək mərkəzi bu məhsulun uşaqlar üçün təhlükəsiz olduğunu və gəlinciyə Türkiyə və Orta Şərq bazarlarında təlabat olduğunu deyib. /3939983

 

 

captcha