IQNA

Həzrət Abbasın (ə) sol qolunun düşdüyü yerdə zərihin 80%-i tamamlandı - Foto

22:53 - December 15, 2020
Xəbər sayı: 3488859
Müqəddəs Kərbəla şəhərində Aşura faciəsini diri saxlayan müqəddəs ziyarətgahların, məqamların yenilənməsi və bərpası işləri davam etdirilir.

Kərbəla şəhərində Həzrət Əbülfəzl Abbasın (ə) sol qolunun qələm olaraq düşdüyü yerin üzərində ucalacaq zərihin hazırlanması işlərinin 80%-i tamamlanıb.

Həzrət Əbülfəzl Abbasın (ə) müqəddəs ziyarətgahına bağlı Əl-Səqqa fabrikinin rəsmisi Seyid Nazim Əl-Qəribi bu barədə açıqlamasında qeyd edib: “Həzrət Əbülfəzl Abbasın (ə) sol qolunun qələm olaraq düşdüyü yerin üzərində ucalacaq zərihin hazırlanması işlərinin 80%-i tatamlanıb və işlər hələ də davam edir və texniki olaraq planlaşdırıldığı kimi vaxtında başa çatması üçün müəyyən edilmiş layihəyə uyğun olaraq işlər görülməkdədir.

Şöbənin işçiləri Həzrət Zeynəbin (s.ə) müqəddəs ziyarətgahının qapaqları da daxil olmaqla digər layihələrin həyata keçirilməsində onlara həvalə olunan işlərin çoxluğuna baxmayaraq, işin planlaşdırılması çərçivəsində, çox gözəl sənət əsəri olacaq bu pəncərəni tamamlamaq üçün səylərini əsirgəmədikləri bildirib.

Müqəddəs ziyarətgahın Baş Katibliyinin rəhbərliyi altında yeni zərihin dizaynı təsdiqlədikdən sonra və ziyarətgahın pəncərəsi ilə uyğunlaşdırılmış oyma və bəzəklərlə Əbülfəzl-Abbasın (ə) sol qolunun düşdüyü yer üzərində yeni zərihin istehsalına başlanılıb”.

Zərih səkkizguşəli formada olacaq və üst hissəsi də daxil olmaqla diametri (3 metr) və hündürlüyü (2.85 metr) olan bu dizaynla istehsal olunan ilk zərihdir.

Zərih qalınlığı 2 mm paslanmayan polad karkasdan ibarətdir. Səkkiz ədəd hər birinin hündürlüyü 190 sm və eni 1 m olan pəncərə qapısı da daxil olmaqla, pəncərələr olacaq. Hər iki tərəfində də 98 sm uzunluğunda çoxbucaqlı yan dirəklə örtülmüş və alt hissəsi dekorativ təməl üzərində olan sütunlar qoyulacaq.

Zərihin yuxarı hissəsinin hündürlüyü 75 sm-dir. / əl-Kəfil

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
captcha