IQNA

Livanda "Məsih (ə) insan vicdanında" yarışı keçiriləcək

8:47 - December 23, 2020
Xəbər sayı: 3488905
Tehran (IQNA) -  Həzrət İsa Məsih (ə) peyğəmbərin mübarək miladı astanasında İranın Livandakı Mədəniyyət Əlaqələri Mərkəzi bu əzəmətli peyğəmbər barəsində bədii müsabiqə təşkil edib.

Həzrət İsa Məsih (ə) peyğəmbərin mübarək miladı astanasında İranın Livandakı Mədəniyyət Əlaqələri Mərkəzi bu əzəmətli peyğəmbər barəsində bədii müsabiqə təşkil edib.

Mehribanlıq və rəhmət nümunəsi olan Həzrət İsa Məsihin (ə) mübarək miladı münasibəti ilə keçiriləcək müsabiqə "Məsih (ə) insanın vicdanında" aldanır.

Bu ədəbi və bədii müsabiqədə iştirak etmək istəyənlər öz əsərlərini 2020-ci ilin Dekabr ayının 31-dək şer, nəsr, münacat və dua formatında yarışların keçirilməsi komitəsinin e-mail adresinə (Icro.Lebanon@gmail.com) göndərə bilərlər.  

Göndərilən əsər Word formatında və ən çoxu 250 sözdən ibarət olmalıdır. Əsərlə birgə müəllifin kimliyi, telefon nömrəsi və e-mail adresi də qeyd edilməlidir. /3942797

captcha