IQNA

Şeyx Səfiyuddin: Hacı Qasim təkrar olunmayacaq bir məktəbdir

8:18 - December 26, 2020
Xəbər sayı: 3488923
Tehran (IQNA) - Livan İslami Müqavimət Hərəkatının (HİZBULLAH) icra şurasının rəisi Seyyid Səfiyuddin vurğulayıb: Hacı Qasim heç vaxt təkar olunmayacaq bir məktəb və üsvə (nümunə, ülgü) idi.

Livan İslami Müqavimət Hərəkatının (HİZBULLAH) icra şurasının rəisi Seyyid Səfiyuddin vurğulayıb: Hacı Qasim heç vaxt təkar olunmayacaq bir məktəb və üsvə (nümunə, ülgü) idi.

Livan İslami Müqavimət Hərəkatının (HİZBULLAH) icra şurasının rəisi Seyyid Səfiyuddin Livanın "ən-Nur" radiosu ilə müsahibəsində deyib: Şəhid Hacı Qasim Süleymani Malik Əştərin şəxsiyyətinin təsiri altında olan, vilayətmədarlıqda ona oxşayan bir şəxsiyyət idi.

O əlavə edib: Hacı Qasimin şəxsiyyəti, mədəniyyəti, tərbiyə üsulu xalis Məhəmməd (s) İslamının və İmam Xomeyni (r.ə) məktəbinin məhsulu idi.

Seyyid Səfiyuddin vurğulayıb: Hacı Qasim şəhadət aşiqi idi. Hər zaman şəhidlik və şəhadət onun yanında danışılırdısa, ağlayırdı.

Livan İslami Müqavimət Hərəkatının (HİZBULLAH) icra şurasının rəisi əlavə edib: Hacı Qasim qabaqcıl komandir və bütün meydanlarda səmərəli və işgüzar idi. Amerika onun müqavimət cəbhəsində müvəffəqiyyətini görə bilmədiyi və onunla bacarmadığı üçün onu terrorun hədəfi seçdi. Necə ki, sionist düşmən HİZBULLAH ilə mübarizə meydanında məğlub olduğu üçün indi alternativ yollar axtarır.

O vurğulayıb: Livanın sionist rejim ilə əlaqələrin normallaşdırılması yönündə qeyri-müstəqim müzakirələrinin olması şayiədir. Su sərhədlərinin çəkilməsi barədə müzakirələrin getməsi şayiəsi HİZBULLAH təşkilatını hədəfə alıb və yalandır.  /3943218

 

captcha