IQNA

ARM Ayətullah Misbah Yəzdinin vəfatı münasibətilə başsağlığı verir

23:39 - January 02, 2021
Xəbər sayı: 3488974
Azərbaycan Ruhanilər Məclisi (ARM ) mücahid alim, görkəmli fəqih və böyük filosof Həzrət Ayətullah Misbah Yəzdinin vəfatı münasibətilə başsağlığı verir.
Azərbaycan Ruhanilər Məclisi (ARM )  mücahid alim, görkəmli fəqih və böyük filosof Həzrət Ayətullah Misbah Yəzdinin vəfatı münasibətilə başsağlığı verir. 
Maide.Az xəbər verir ki, ARM-ın başsağlığında deyilir:  
"Mərhəmətli və bağışlayan Allahın adı ilə!
“Həqiqətən, Allah tərəfindənik və Ona tərəf də qayıdacağıq!“
Mücahid alim, görkəmli fəqih və böyük filosof Həzrət Ayətullah Misbah Yəzdinin əbədiyyətə qovuşduğu xəbərini hədsiz qəm-qüssə və təəssüf hissi ilə aldıq.
Misbah – tövhid yoluna, yəni Həzrət Muhəmmədin (s) gətirdiyi xalis İslamdan və ilahi peyğəmbərlərin irfanından ibarət olan Allahın xalqa hakimiyyəti yoluna nəzər və əməl sahəsində məşəl tutan, “Yalnız Allahın kəlməsi ucadır!“ – həqiqətinin gerçəkləşməsi üçün sinəsini sipər edən, bu bəyan və təfəkkürlə yüzlərlə alim yetişdirən bir şəxs idi. Sözsüz, belə bir mücahid alimin yoxluğu İslam cəmiyyəti üçün böyük itkidir. Bu itki münasibətilə Əsrin Vəlisinin (ə.c) mübarək məhzərinə, o Həzrətin haqq naibi Ayətullah Xameneiyə, Elmi Hövzələrə, onun ailəsi, şagirdləri və sevənlərinə başsağlığı verir və o mərhum üçün Allah-Taalanın dərgahından yüksək dərəcələr diləyirik!"
 
Azərbaycan Ruhanlər Məclisi (ARM)
02 / 01 / 2021
captcha