IQNA

Sionist rejimi keçən il İbrahimi məscidindən azan verilməsinə 634 dəfə mane olub

20:46 - January 05, 2021
Xəbər sayı: 3488986
İşğalçı və sionist İsrail rejimi 2020-ci ildə müsəlmanlar üçün xüsusi müqəddəs məkanlardan biri olan Hərəmi-İbrahim məscidində azan verilmsinə 634 dəfə maneə icad edib.

İsrail 2020-ci ildə müsəlmanlar üçün xüsusi yeri olan Hərəmi-İbrahim məscidində azanın səslənməsini 634 dəfə qadağan edib.

Qeyd edək ki, adıçəkilən məscid İsrailin işğal altında saxladığı Əl-Xəlil şəhərində yerləşir.

Məsələ barədə məscidin icma sədri Hifzi Əbu Süneynə məlumat verib.

Onun sözlərinə görə, təkcə dekabr ayında İsrail həmin məsciddə azan oxunmasını 46 dəfə qadağan edib. İsrail iddia edir ki, azan səsi yəhudi mühacirləri narahat edir.

Məscid rəsmisi əlavə edib ki, azan ən çox cümə günü axşam saatlarında və şənbə günü bütün gün ərzində qadağan edilir. /3945620

captcha