Suriya Prezidenti Bəşər Əsədin müşaviri Buseyna Şaban Qasim Süleymani ilə bağlı açıqlama verib.
Buseyna Şaban açıqlamasında bildirib ki, Qasim Süleymani İsrail rejimi və ABŞ-ın bütün planlarına zərbə vururdu.
"Qasim Süleymani azadlıq döyüşçüsü idi. O, insanlıq üçün qardaşlarını döyüşə sövq edirdi", - deyə Buseyna Şaban diqqətə çatdırıb.
Buseyna Şaban qeyd edib ki, Suriya xalqı və dövləti Qasim Süleymaninin fəaliyyətini heç vaxt unutmayacaq. /eastnyuz