IQNA

Hindistanda müsəlman gənclər qətlə yetirildi, meyitləri ailələrinə verilmədi

10:53 - January 09, 2021
Xəbər sayı: 3489008
Hindistanda müsəlmanlara dini zəmində zülmlər səngimək bilmir. Hindistanda müsəlman gənclər qətlə yetirildi, meyitləri ailələrinə verilmədi.

Hindistanda müsəlmanlara dini zəmində zülmlər səngimək bilmir. Hindistanda müsəlman gənclər qətlə yetirildi, meyitləri ailələrinə verilmədi.

Ölkənin hüquq mühafizə orqanları dekabrın 30-da Kəşmirdə qətlə yetirdikləri 3 gəncin meyitlərini onların yaxınlarına verməkdən imtina ediblər.

16 yaşlı oğlu Əzharı müsəlman qaydaları ilə son mənzilə yola salmaq imkanından məhrum olan Müştaq Əhməd özünə təsəlli vermək üçün yerli qabiristanlıqda məzar qazıb. O, Hindistan hökumətinin oğlunun meyitini qaytaracağına hələ də ümidini itirməyib.

Qeyd edək ki, hər üç gənc terrorçuluqda ittiham edilərək Srinaqar şəhərinin kənarında öldürülüblər. Qətlə yetirilənlərin yaxınlarının tələblərinə rəğmən, mərhumlar doğma kəndlərindən 115 kilometr aralıda yerləşən məzarlıqda torpağa tapşırılıblar.

Teqlər: hindistan ، kəşmir ، srinaqar
captcha