IQNA

İŞİD-in partladığı Daniyal (s) peyğəmbərin ziyarətgahı yenidən qurulur

8:36 - January 13, 2021
Xəbər sayı: 3489034
Neynəva vilayətinin Vəqflər İdarəsi Mosulun qərbindəki Dəclə sahilində Daniyal (ə) peyğəmbərin məqamının yenidən qurulmasına başlandığını elan edib.

Neynəva vilayətinin Vəqflər İdarəsi Mosulun qərbindəki Dəclə sahilində Daniyal (ə) peyğəmbərin məqamının yenidən qurulmasına başlandığını elan edib.
Bu müqəddəs yer 2014-cü ildə İŞİD tərəfindən partladılmışdı.

Neynəva Vəqflər İdarəsinin direktoru Əbu Bəkr Kənan mətbuat konfransında bunları deyib: “Yenidənqurma və əvvəlki vəziyyətinə gətirmək üçün dağıntıların təmizlənməsi başa çatıb”.

2014-cü ilin son aylarında İŞİD terror qruplaşması qədim Mosul şəhərini ələ keçirərkən Daniyal (ə) peyğəmbərin məqamını da partlatmışdı.

Əvvəllər xristian kilsəsi olmuş Daniyal (ə) peyğəmbər ziyarətgahı Elihud məhəlləsi adlanan ərazidə yerləşir və köhnə, qədim yer sayılır və qonşu ölkələrdən gələn qonaqlar buranı ziyarət edir. Rəsmi olaraq Mosul Əmlak İdarəsində və Bələdiyyəsində qeydiyyata alınmış və memarlıq üslubu Monqol dövrünə gedib çıxan məscid, iki günbəz və bir minarə, tağlar və sütunlara malikdir. /shafaqna

 

captcha