IQNA

Briqada komandiri: “Şəhid Süleymani və Mühəndis İraq xristianlarını qoruyurdu”

8:41 - January 13, 2021
Xəbər sayı: 3489035
Babilun xristian briqadalarının komandiri, şəhid general-leytenant Qasım Süleymani və Əbu Mehdi Mühəndisin hərakatlarına toxunaraq, onların xristianları qorumaq üçün çox çalışdıqlarını vurğulayıb.

İraqdakı Babilun xristian briqadalarının komandiri Rayan Əl-Kəldani İranın İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin keçmiş komandiri şəhid general-leytenant Qasım Süleymani və İraqın Əl-Həşduş Şəbi təşkilatının rəhbərinin müavini şəhid Əbu Mehdi Əl-Mühəndisin hərəkətlərinə toxunaraq, onların xristianları qorumaq üçün çox çalışdıqlarını vurğulayıb.

Rayan Əl-Kəldani Əl- Məyadin şəbəkəsinə verdiyi müsahibəsində bunları deyib: “ABŞ hökuməti xristianları tək qoyanda şəhid Süleymani xristianların tərəfini saxladı. Vaşinqton İŞİD-in Neynəvaya doğru irəliləməsinin qarşısını almaq üçün istəklərimizə cavab vermədi.

Din xadimlərindən biri ABŞ xristianlarını, şəbəkləri, yezidiləri və türkmənləri müdafiə etməyə çağırdı, ancaq bu tələbə cavab vermədilər və Neynəva düzü İŞİD-in əlinə keçdi.

Kürdüstan bölgəsinin liderləri şəhid Süleymani ilə əlaqə qurduqda, 12 saata İraqa çatdı və İnqilab Keşikçilərinin döyüşçüləri və bəzi Livan qardaşları ilə birlikdə Ərbilə getdi, ABŞ isə, bu tələbi rədd etmişdi”.

Müsahibənin digər hissəsində Babilun briqadalarının komandiri şəhid Süleymani və şəhid Əl-Mühəndinin İraq xristianlarına silah və hərbi təlim keçməsindəki rolundan bəhs edib və bu hərəkətin evi və vətəni qorumaq üçün edildiyini söyləyib: “Şəhid Süleymani həyatını İraqa və Əl-Həşduş Şəbinin 50-ci briqadasına həsr etdi. Bizə müsəlmanlardan daha çox kömək etdi. Şiələrdən daha çox sünnilərə kömək etdi.

Şəhid Süleymani bizdən heç nə istəmədi. Bizdən yalnız bir şey istədi, o da xristianları qorumağımız idi. Xristianları qorumağımızı, müsəlmanları qorumağımızı, Neynəvanı və Neynəva düzünü qorumağımızı istədi.

Şəhid Süleymani torpaqlarını azad etmək adına İŞİD-ə qarşı mübarizə aparmaq üçün Babilun briqadaları quran şəxs idi və bunu etdi və daha sonra bu briqada Əl-Həşduş Şəbinin 50-ci briqadasına qatıldı”.

Babilun briqadalarının komandiri, açıqlamalarının davamında şəhid Əl-Mühəndisin İŞİD terror təşkilatı ünsürlərinin Bağdada yaxınlaşması ərəfəsində verdiyi açıqlamasına da toxunaraq, belə danışıb: “Mühüm olan Neynəva düzünü azad etmək və xristianları, yezidiləri, şəbəkləri və türkmənləri bu bölgələrdə qalmasıdır, çünki bunlar onların torpaqlarıdır və İŞİD-lə mübarizədə əlimizdən gələn hər cür dəstəyi verməyə hazırıq”.

Rayan Əl-Kəldani sözlərini belə davam etdirib: “İraqın silah anbarları boş olanda və hətta 80 minaatan olmadıqda, İran İslam Respublikası silah anbarlarının qapılarını açdı.

Babilun briqadalarının komandiri, Babilun adının ABŞ-ın sanksiya siyahısına salınmasına da toxunaraq, bu hərəkətin bu briqadanın Əl-Həşduş Şəbi və Müqavimət Oxundan ayrılmaqdan imtina etməsindən sonra baş verdiyini söyləyib. “Torpaqlarını və namuslarını qorumaq və torpaqlarını və xristianlarını qorumaq üçün adının sanksiya siyahısında olması şərəfdir”, - deyə o, bildirib. /deyerler

captcha