IQNA

Osmanlı dövrünə aid sənət və rəsm əsərləri tapıldı

7:33 - January 16, 2021
Xəbər sayı: 3489049
Türkiyənin Elazığ əyalətinin Keban şəhərinin Osmanlı dövrünə aid 227 yaşlı qədim və tarixi "Yusif Ziya Paşa" məscidinin təmir-bərpa işləri 2017-ci ildə başlayıb.

Tehran (IQNA) -  Türkiyənin şərqində yerləşən Malatya əyalətinin İslami Fondlar İdarəsi tərəfindən Elazığ əyalətinin qədim məscidlərindən birində aparılan təmir-bərpa işləri zamanı qədim və tarixi sənət və rəsm əsərləri kəşf edilib.

Elazığ əyalətinin Keban şəhərinin Osmanlı dövrünə aid 227 yaşlı qədim və tarixi "Yusif Ziya Paşa" məscidinin təmir-bərpa işləri 2017-ci ildə başlayıb.

Məscidin təmiri və bərpası işləri gedişində məscidin divarlarına işlənilmiş bir sıra sənət və rəsm əsərləri və əlyazma sənədlər aşkar edilib.

Bu tarixi sənədlər 1794-cü ildə aparılmış təmir işləri zamanı üzəri gips ilə örtülərək indiyədək gizlin qalıb.

Son təmir işləri zamanı məscidindin divarında məhvə doğru gedən bəzi sənət əsərləri, o cümlədən gül, hüsnxətt və rəsm əsərləri yenidən bərpa edilmişdir.

Məscidin divarında bərpa edilən incəsənət əsərlərindən biri də məscidin banisi Yusif Ziya Paşanın dediyi qəsidə parçasıdır.

Malatiya İslami Fondlar İdarəsi məscidin digər kitabə və əlyazmalarını tapmaq və onları öz orjinal halına qaytarmaq üçün təmir-bərpa işlərini davam etdirir.

Məscidin təmirdən sonra cari ilin Aprel ayında (Ramazan ayı daxil olarkən) açılış mərasimi keçiriləcək.

Qədim məscid namazxana, kitabxana, su fəvvarəsi, mədrəsə və təlim müəssisəsini ehtiva etsə də, bu gün məscidin tərkibində tikilmiş həmin binalardan heç bir iz qalmayıb. /3947236

        

https://iqna.ir/fa/news/3947236

captcha