IQNA

Səudiyyədə qadınlar hakimlik edəcək

7:47 - January 17, 2021
Xəbər sayı: 3489059
Səudiyyədə qadınlar məhkəmələrdə hakim vəzifəsini tutmaq imkanı qazanacaqlar. belə bir bəyanatla ölkənin qadınların hüquq və imkanlarının genişləndirilməsi nazirinin müavini Hində əl-Zahid çıxış edib.

Yaxın gələcəkdə Səudiyyədə qadınlar məhkəmələrdə hakim vəzifəsini tutmaq imkanı qazanacaqlar. belə bir bəyanatla ölkənin qadınların hüquq və imkanlarının genişləndirilməsi nazirinin müavini Hində əl-Zahid çıxış edib.

O bildirib ki, Krallıq qadınların hüquq və imkanlarının genişləndirilməsi və onların ictimai həyatın müxtəlif sahələrində iştirakı istiqamətində səylərini davam etdirir.

“Bu gün qadınların Səudiyyə Ərəbistanının əmək bazarında iştirakı 31 faizdən artıqdır və bu olduqca böyük inkişafdır. Dövlət xidməti sektorlarına gəlincə, qadınların iştirakı 39 faizdən 41 faizə qədər artıb. Qadınların böyük əksəriyyəti təhsil və səhiyyə sahəsində çalışırlar”, – nazir müavini deyib. /Şəfəqna

captcha