Misrin Kəfər-Şeyx əyalətinin məşhur Quran qarisi Şeyx Əbdüləlim Füsadə ötən həftənin Şənbə günü, 16 Yanvar 2021-ci il, 73 yaşında ikən dünyasını dəyişib.
Misrin Quran Qariləri Birliyinin üzvü ötən həftənin Şənbə günü Misrin Kəfər-Şeyx əyalətinin Beyla şəhərində dəfn edilib.
Şeyx Əbdüləlim Füsadə 1947-ci ildə Misrin Kəfər-Şeyx əyalətinin Beyla şəhərində anadan olub. 10 yaşında Quranı əzbərləyib. Misrin əl-Əzhər İslam Elmləri Akademiyasının Quran Elmləri ixtisasını başa vurub. Sonra Beyla şəhərinin ən məşhur ibadət məkanı olan əl-Mədavi məscidində qari kimi fəaliyyət göstərib.
Quran qiraəti üçün mübarək Ramazan aylarında bir çox İslam ölkələrinə səfər edib. (iqna)