IQNA

Ayətullah Sistani təhlükəsizlik qüvvələrinə çağırış etdi

21:48 - January 22, 2021
Xəbər sayı: 3489107
Şiə mərcəyi təqlidlərindən Ayətullah Üzma Seyid Əli Sistaninin İraqın Nəfəc şəhərində yerləşən dəftərxanası ötən gün Bağdad şəhərində baş verən terror hücumları ilə bağlı açıqlama yayıb.

Şiə mərcəyi təqlidlərindən Ayətullah əl-Üzma Seyid Əli Sistaninin ofisi dünən Bağdad şəhərində baş verən terror hücumları ilə bağlı açıqlama yayıb.

Açıqlamada vurğulanır ki, Ayətullah Seyid Əli Sistani terror hücumlarını sərt şəkildə qınayır.
 
"Vəhşi terrorçular yenidən əziz Bağdad şəhərində hər vicdanlı vətəndaşı qorxudan səhnədə eyni anda mülki şəxslərin olduğu meydanı hədəfə aldılar. Nəticədə onlarla insan həlak oldu və yaralandı. Təhlükəsizlik qüvvələri pusquda duran terrorçuların planlarının qarşısını almalı və İraq xalqının təhlükəsizliyi təmin etmək üçün daha çox çalışmalıdır", - deyə açıqlamada diqqətə çatdırılıb.
 
Qeyd olunub ki, baş verən hadisə nəticəsində həlak olanların ailələrinə başsağlığı verilir, yaralılara isə Allahdan şəfa istənilir. /3949103/
captcha