IQNA

Kopenhagendə məscidə edilən hücumla bağlı istintaq işləri başlayıb

23:08 - January 24, 2021
Xəbər sayı: 3489127
Tehran (IQNA) -  Danimarkanın paytaxtı Kopenhagenin Türk İslam Fondunun nəzdində fəaliyyət göstərən "Aabenraa" məscidinə edilən islamofobik hücumla bağlı ölkə polisi araşdırma işlərinə start verib.

Tehran (IQNA) -  Danimarkanın paytaxtı Kopenhagenin Türk İslam Fondunun nəzdində fəaliyyət göstərən "Aabenraa" məscidinə edilən islamofobik hücumla bağlı ölkə polisi araşdırma işlərinə start verib.

Kopenhagen şəhərinin Aabenraa məscidinə edilən islamofobik hücumla bağlı məscidin idarə şurasının rəisi deyib: Keçən həftənin Cümə günü, 22 Yanvar 2021-ci il, günün ikinci yarasında, saat 18:00 radələrində məsciddən çıxdım. Səhəri gün (Şənbə, 23 Yanvar 2021) səhər saat 11:00 civarında məscidə gəldim. Məscidin divarlarına Quranı təhqir edən sözlərin yazıldığını gördüm.

O əlavə edib: Hadisə ilə bağlı polisə məlumat vermişik və polis ilkin istintaq işlərinin başladıb. Hadisə baş verən ərazilərdəki təhlükəsizlik kameraları araşdırılır.

Qeyd edək ki, son zamanlar irçqi radikalların fəaliyyətlərinin çoxalması nəticəsində islamofobiyada dalğaları Danimarkada gözəçarpacaq dərəcədə sürət alıb. Son aylarda bir neçə məscidə hücum edilib və kütləvi şəkildə Quranı yandırmağa cəhd göstərilib. /3949546

captcha