IQNA

Pakistanlı nazir: Heç vaxt İsraili rəsmi dövlət kimi tanımayacayıq

7:23 - January 25, 2021
Xəbər sayı: 3489128
Tehran (IQNA) -  Pakistanın Daxili İşlər Naziri Şeyx Raşid Əhməd deyib: Ölkənin Baş Naziri İmran Xan çox açıq bir şəkildə bildirib ki, İsraili rəsmi bir dövlət kimi tanımır.

Tehran (IQNA) -  Pakistanın Daxili İşlər Naziri Şeyx Raşid Əhməd deyib: Ölkənin Baş Naziri İmran Xan çox açıq bir şəkildə bildirib ki, İsraili rəsmi bir dövlət kimi tanımır.

O, bu sözləri Pakistanın Demokratik Hərəkat Partiyasının (PDM) rəisi Mövlana Fəzlür-Rəhmanın iddialarına cavab olaraq deyib.

Pakistanın Daxili İşlər Naziri Şeyx Raşid Əhməd keçən həftənin Şənbə günü (23 Yanvar 2021) bir sıra məsələlərə aydınlıq gətirərək deyib: İsrailin rəsmi olaraq tanınmasından ümumiyyətlə söhbət gedə bilməz.

O, Fəzlür-Rəhmanın "xatəmiyyət" (peyğəmbərliyin sonu) və Kəşmirin Hindistana satılması iddiasına işarə edərək bu iddiaları rədd edib və Kəşmir məsələsini də dövlətin beynəlxalq səviyyədə həll etmək üçün çalışdığını vurğulayıb.

Şeyx Raşid Əhməd əlavə edib: Mövlana Fəzlür-Rəhman "xatəmiyyət", Kəşmirin satılması və İsrail ilə əlaqələrin normallaşdırılması məsələsi ilə gündəmə gəlmək və özünə siyasi imic düzəltmək istəyir.

Qeyd edək ki, Pakistan "kiv"lərində bu ölkənin İsrail ilə pərdəarxası əlaqələri barədə şayiələr yayılmasının ardınca bir çox dövlət rəsmiləri bu şayiələri təkzib ediblər.

Pakistanın Müsəlman Alimlər Cəmiyyəti yüzminlərlə insanın iştirakı ilə yürüş keçirərək İsrail ilə hər hansı bir əlaqə qurulmasını məhkum ediblər. /3949515

captcha