IQNA

Türkiyə Dəyanət Vakfı “gözmuncuğuna” qarşı

22:39 - January 25, 2021
Xəbər sayı: 3489136
Türkiyənin Dəyanət Vakfı gözmuncuğunun eramızdan əvvəl 3500 ildə icad edildiyini və İslamla heç bir əlaqəsi olmadığını bəyan edib.

Türkiyənin Dəyanət Vakfı gözmuncuğunun eramızdan əvvəl 3500 ildə icad edildiyini və İslamla heç bir əlaqəsi olmadığını bəyan edib.

Az.shafaqna.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, ölkənin baş dini qurumu dərc etdiyi fətvada gözmuncuğunun bədnəzərdən qorunmaq üçün istifadə olunmasının İslam tərəfindən qadağan edildiyini bildirib.

Qeyd edək ki, qonşu ölkədən göz formasında şüşədən hazırlanan gözmuncuğular geniş yayılıb və xalq arasında onların bədnəzərdən qorumaq xüsusiyyətinə malik olduğuna inam formalaşıb.

“Bədnəzərin təbiəti və xüsusiyyətləri barədə dəqiq məlumat olmasa da, dinimiz bəzi insanların nəzərləri ilə neqativ effekt yaratmaq imkanlarını etiraf edir… Lakin bizim dinimizdə Allahdan savayı hər hansı başqa şeyə fövqəladə təsir münasibəti bəsləmək qadağandır. Buna görə də boyunda və ya bədənin başqa yerlərində gözmuncuqlarını onlardan faydalanmaq niyyəti ilə gəzdirmək olmaz”, – bəyanatda deyilir.

captcha