IQNA

Arakan müsəlmanları təhsil haqqından məhrumdurlar

22:53 - January 25, 2021
Xəbər sayı: 3489138
İnsan haqlarının müdafiəsi və QHT-lər Arakan müsəlmanlarının Banqladeşdə sığındıqları ərazilərdə təhsil problemlərinə diqqət çəkərək akademik institutların yaxşılaşdırılmasının labüdlüyünü bildiriblər.

İnsan haqlarının müdafiəsi və QHT-lər Arakan müsəlmanlarının Banqladeşdə sığındıqları ərazilərdə təhsil problemlərinə diqqət çəkərək akademik institutların yaxşılaşdırılmasının labüdlüyünü bildiriblər.

Az.shafaqna.com AA-ya istinadla xəbər verir ki, 50 yerli təşkilatın cəmləndiyi “Cox’s Bazar” QHT-lər forumu bu addımı yanvarın 24-ü – Beynəlxalq təhsil günü münasibəti ilə atıblar.

Bəyanatda Banqladeş hökumətinin və müxtəlif qurumların təşəbbüsü ilə həyata keçirilən qeyri-formal təhsil sisteminə 6-14 yaşlı uşaqların cəlb olunmasına baxmayaraq, 15-24 yaş arası olan gənclərin 83 faizinin heç bir təhsil proqramında iştirak etmədikləri qeyd olunur.
Sənəddə rohincaların vətənləri olan Myanmaya qayıtmaları üçün konkret təhsil proqramının qəbuluna ehtiyac duyulduğu bildirilir.

Xatırladaq ki, 2012-ci ildə Myanmanın Arakan ştatında müsəlmanlar buddistlərin hücumlarına məruz qalıblar. Çox sayda müsəlman qətlə yetirilib, yüzlərlə ev və müəssisə yandırılıb.

BMT-nin məlumatına əsasən, Arakandan təqiblər səbəbi ilə qaçaraq Banqladeşə sığınan rohincaların sayı 1,2 milyon nəfərdən çoxdur.

Teqlər: myanma ، arakan ، ruhingiya ، raxin
captcha