IQNA

Ayətullah İsa Qasım: “Tramp və Makron kimi insanlar müharibə alovlandırmaq istəyən iblislərdir”

23:01 - February 02, 2021
Xəbər sayı: 3489193
Ayətullah İsa Qasım ABŞ-ın İmam Rzanın (ə) müqəddəs ziyarətgahının adını terrorçu siyahısına salmaq hərəkətinə reaksiya göstərərək bunu çirkin və iyrənc cinayət kimi qiymətləndirib.

Bəhreyndə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah Şeyx İsa Qasım Vaşinqtonun Qüds Rəzəvi ostanını boykot etmək hərəkətini qınayarkən, Tramp və Makron kimi insanları səmavi dinlərin ardıcılları arasında müharibə alovunu yandırmaq istəyən iblislər kimi xarakterizə edib.

 Ayətullah İsa Qasım ötən gün (1 fevral 2021) verdiyi açıqlamasında, ABŞ-ın İmam Rzanın (ə) müqəddəs ziyarətgahının adını terrorçu siyahısına salmaq hərəkətinə reaksiya göstərərək bunu çirkin və iyrənc cinayət kimi qiymətləndirib.

ABŞ-ın eks-prezidenti Donald Trampı axmaq, cahil və nadan adlandıran Ayətullah İsa Qasım, belə deyib: “Tramp həqiqətə, ədalətə, barışa, xalqına və yer üzündəki ilahi nemətlərə bacardığı qədər mümkün qədər çox vəhşilik, ədəbsizlik, cəhalət, səhv hesablama və pislik etdi və insanların birliyini məhv etmək üçün heç nə əsirgəmədi”.

Trampın iqtidardakı sonuncu günlərində Qüds Rəzəvi ostanına qarşı düşmən və vəhşi hücum başlatdığını xatırladan Ayətullah İsa Qasım, belə deyib: “Bu müqəddəs ziyarətgaha sanksiya və maddi cəza tətbiq etmək yalnız tövhid sözünün və bütün bəşəriyyətin hazırda çatışmadığı və ehtiyac duyduğu fikri və mənəvi parlaqlığın xeyrinədir.

Məşhəd və İmam Rza (ə) nə hərbi cəbhədir, nə də döyüş sahələrini bəsləmək istəyən siyasi partiya və ya iqtisadi qurumdur. Dünyadakı ilahi parlaqlığın yeganə mənbəyidir. Onun pulu yalnız tövhid sözünü, ilahi dəyərləri və rəhbərliyi izah etmək və genişləndirmək, ehtiyaclı və həssas qruplara kömək etmək üçün istifadə olunan möminlərin ianəsi və maddi yardımından əldə edilir.

Düzdür, bu vəhşi çirkin cinayət vaxt baxımından Trampın adına yazılacaq, amma bu, əslində bütün ABŞ siyasi sisteminin cinayətidir və hakimiyyətində qaldığı müddətdə - Trampdan sonra - bu böyük şeytanın cinayətləridir.

Amerikada Trampı və Fransada Makronu sevənlər həqiqətən bütün səmavi dinlərlə düşmənçilik üzündən dinlər arasında müharibə alovunu yandırmaq istəyən şeytanlardır, bu səbəbdən də bu dinlərin davamçıları onları özlərinin əsl düşmənləri kimi qəbul etməlidirlər”.

Bundan əvvəl Bəhreyn Alimləri Cəmiyyətinin rəhbəri, ABŞ-ın Qüds Rəzəvini ostanına sanksiya tətbiq etmə fəaliyyətini qınayan açıqlamasında, bunu təxribatçı və misli görünməmiş hərəkət adlandırmışdı. /iqna/

 

captcha