IQNA

Moskvada Fələstin hərəkatları iclas keçirdi

14:26 - February 08, 2021
Xəbər sayı: 3489224
İranın Moskvadakı səfiri Kazim Cəlali Fələstinin "İslami Cihad" hərəkatının baş katibi Ziyad Nəhalə və HƏMAS Siyasi Bürosu sədr müavini Musa Əbu Mərzuk İranın Moskvadakı səfirliyində bir araya gəlib.
İranın Moskvadakı səfiri Kazim Cəlali Fələstinin "İslami Cihad" hərəkatının baş katibi Ziyad Nəhalə və HƏMAS Siyasi Bürosu sədr müavini Musa Əbu Mərzuk İranın Moskvadakı səfirliyində bir araya gəlib.  
 
İclasda Fələstinin işğal olunmuş ərazilərindəki vəziyyət, Fələstindəki seçkilər və Qərbi Asiyadakı vəziyyət müzakirə edilib.  
 
İclasda Cəlali Tehranın Fələstin və müqavimətinə verdiyi dəstəyi təkrar edərək, İsrailə qalib gəlməyin yeganə yolunun müqavimət olduğunu söyləyib.  
 
Fələstinli heyətlər də iclasda İranın Fələstinə yanaşmasına görə təşəkkür edərək, müqavimətin Fələstinin İsrail işğalından tamamilə azad olana qədər davam etməli olduğunu bildiriblər.  
 
HƏMAS və "İslami Cihad" heyətləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi dəvəti ilə Moskvadadır. / Giperssilka.ru / 
captcha