IQNA

Fransa müsəlmanları islamfobiya əleyhinə aksiya keçirdilər

12:03 - February 15, 2021
Xəbər sayı: 3489279
Aksiyaçılar “Respublika dəyərlərinə hörmətin gücləndirilməsi prinsipləri" qanun layihəsinə etirazlarını bildirmək üçün meydana toplaşıb və bu qanunun müsəlmanları ayrıseçkiliyə məruz qoyduğunu bildiriblər.

Fransanın paytaxtı Parisdə ölkədə islamofobiyanın artmasına qarşı izdihamlı etiraz aksiyası keçirilib.

Aksiyaçılar “Respublika dəyərlərinə hörmətin gücləndirilməsi prinsipləri" qanun layihəsinə narazılıqlarını ifadə etmək üçün Trokadero meydanında toplaşıblar. Onların fikrincə, qanun müsəlmanları ayrıseçkiliyə məruz qoyur.

Xanan Lukilinin sözlərinə görə, o, Fransada islamofobiyanın qurbanlarından biridir. Lukili bildirib ki, işlədiyi məktəb 18 noyabr 2020-ci ildə uyğunsuzluq bəhanəsi ilə “təhlükəsizlik tələblərinə” görə bağlanılıb.

"Bizi iki dəfə yoxlamağa gəldilər. Yoxlamanın nəticələrinə görə bildik ki, bizi separatçılıqda ittiham edirlər", - Lukili deyib.

O vurğulayıb ki, hökumət “separatçılıq" adı ilə məşhur qanun layihəsinin köməyi ilə müsəlmanların diskriminasiyası üçün hüquq baza yaratmağa çalışır.

Bağlanmış məktəbinin şagirdi isə özünün və yoldaşlarınını təhsil almaq hüququnu məhrum edilməsindən şikayətlənib. Onun sözlərinə görə ki, indi şagirdlərə yeni məktəblər tapmaq çox çətindir. /3954090

captcha