IQNA

Nepallı hindu İslami mədrəsə tikilməsi üçün torpaq hədiyyə etdi

16:47 - February 15, 2021
Xəbər sayı: 3489281
Tehran (IQNA) -  Nepalın şərqində yaşayan hinduist sosial aktivist müsəlman cəmiyyətinə uşaqlara İslami mədrəsə tikmək üçün torpaq sahəsi bağışlayıb.   

Tehran (IQNA) -  Nepalın şərqində yaşayan hinduist sosial aktivist müsəlman cəmiyyətinə uşaqlara İslami mədrəsə tikmək üçün torpaq sahəsi bağışlayıb.   

Nepalın şərqində yerləşən Cepa rayonunda yaşayan müsəlmanlar onun bu addımını alqışlayıblar.

Nepallı xeyriyyəçi Bişnumaya Prasain müsəlman uşaqlarına dini mədrəsə tikilməsi üçün qiyməti 1.5 milyon rupi olan torpaq sahəsi bağışlayıb.

Dini mədrəsənin rəhbəri Afaruc Xan deyib ki, mədrəsənin tikilməsi üçün lazım olan digər ləvazimatlar alındıqdan sonra tikinti işlərinə başlanılacaq.

Məhəllə məscidinin nəzdində olan bu mədrəsə uşaqlara 4-cü sinifə qədər orta təhsil də öyrədəcək.

Yeni tikiləcək mədrəsədə regionda yaşayan 150 müsəlman ailənin uşaqları təhsil alacaq.

Hindu və müsəlmanların sülh və dostluq şəraitində yaşadığı bu bölgədə mərdəsənin tikilməsi üçün sosial aktivistlər "hər gün bir rupi" kampaniyası başladıblar. /3954108

Teqlər: nepal ، hindu ، mədrəsə ، rupi
captcha