IQNA

İndoneziyada "Quran baxımından qadının ailədə rolu" vebinarı keçirilib

15:33 - February 20, 2021
Xəbər sayı: 3489310
İranın İndoneziyadakı Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə "Quran baxımından qadının ailədə rolu" adlı vebinar keçirilib. Vebinarda hər iki ölkənin din alimləri və tələbələri iştirak ediblər.

Tehran (IQNA) -  İran İslam Respublikasının İndoneziyadakı Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə "Quran baxımından qadının ailədə rolu" adlı vebinar keçirilib.

Vebinarda hər iki ölkənin din alimləri və tələbələri iştirak ediblər.

Quran baxımından qadının ailədəki rolundan bəhs edən bu virtual iclas Cakartanın Quran Elmləri Universitetinin həmkarlığı ilə cari həftənin Cümə Axşamı gün (18 Fevral 2021) keçirilib.

Vebinarda Cakartanın Quran Elmləri Universitetinin professoru Əbd Müəyyid, Cakarta Quran Elmləri Universitetinin Lisansüstü Araşdırmalar şöbəsinin müdiri Dərviş Hud, İndoneziyalı yazar və araşdırmaçı xanım E. Daryati və İran İslam Respublikasının İndoneziyadakı Mədəniyyət Mərkəzinin rəisi Mehrdad Rəxşəndə Qurani-Kərimdə qadın və ailə barədə ayələrin təfsirinə toxunaraq İslami ailədə qadının rolu, ailənin möhkəmliyi, tərbiyə məsələləri və digər oxşar mövzularda çıxış ediblər. /3954982

تبیین نقش زن در خانواده از دیدگاه قرآن در اندونزی

تبیین نقش زن در خانواده از دیدگاه قرآن در اندونزی

captcha